Belediyye.infonun suallarını Göyçay regional ədliyyə idarəsinin rəis əvəzi, ədliyyə müşaviri Teymur Mustafayev cavablandırır. Onunla söhbətə idarənin altıaylıq fəaliyyətiylə bağlı başladıq: əlavə edək ki, Göyçay regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasına Göyçay, Ağdaş, Ucar, Zərdab, şamaxı, ismayıllı, Ağsu, Kürdəmir rayonlarında formalaşan 220 bələdiyyə əhatə edir.
-Bu gün regional idarədə sənədlərlə iş hansı vəziyyətdədir?
-Hesabat dövrü ərzində Göyçay regional ədliyyə idarəsinin icraatına 2.516 sənəd daxil olub. Onlardan 763-ü vətəndaş müraciətləri, 83-ü nazirliyin müvafiq struktur qurumlarından, 21-i yerli ədliyyə orqanlarından, 1640-sı bələdiyyələrin iclas protokollardır. əlavə edim ki, vətəndaş müraciətlərindən 2-si isə idarənin qaynar xəttinə daxil olub. 2017-ci ilin 6 ayı ərzində daxil olmuş vətəndaş müraciətlərinin 140-sı bələdiyyələrin, 621-i məhkəmə qərarlarının icrası və icra məmurlarının hərəkətləri, 2-si notariat kontorunun fəaliyyəti ilə bağlı olub. Onlardan 14 müraciət tam, 44 müraciət isə qismən təmin olunub, 561 müraciət üzrə vətəndaşlara əsaslandırılmış cavablar verilib, 7 müraciət aidiyyatı üzrə göndərilib, 7 müraciət əsassız hesab edilib, 32 müraciət isə baxılmaqdadır. idarədə vətəndaş qəbulları da diqqətdə saxlanılır. Belə ki, cari ilin birinci yarısında idarə əməkdaşları tərəfindən 45 vətəndaş qəbul edilib.
- Sizin fəaliyyət istiqəmtlərindən biri də bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət və metodoloji yardımın göstərilməsidir. Bəs bu istiqamətdə hansı addımlar atılır?
- 2017-ci ilin 6 ayı ərzində Göyçay regional ədliyyə idarəsinə bələdiyyələrin fəaliyyəti ilə əlaqədar 140 müraciət daxil olub. Onlardan: 116-sı Bələdiyyələrlə iş mərkəzindən, 6-sı Katiblikdən 2-si digər təşkilatlardan, 16-sı isə birbaşa vətəndaşlardan.Onlardan 1 müraciət müsbət, 2 müraciət qismən, 123 müraciət üzrə əsaslandırılmış cavab verilib, 1 müraciət aidiyyəti üzrə göndərilib, 3 müraciət əsassız hesab edilib, 7 müraciət isə hazırda baxılmaqdadır.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət üzrə əldə olunan rəqəmlərlə tanış olaq:
2017-ci ilin 6 ayı ərzində icraata 2.929 bələdiyyə aktı daxil olub. Onlardan 2.616-sı işə alınıb, 313 akt barədə idarə tərəfindən bələdiyyələrə qərarların ləğv edilməsi və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi üçün təklif verilib, bunlardan 30-u idarənin təklifi əsasında bələdiyyələr tərəfindən ləğv edilmiş, 1-i dəyişdirilmiş, 80-i barədə təsdiqedici sənədlər idarəyə təqdim edilmiş, 202 akta bələdiyyələrdə baxılmaqdadır.
idarənin təklifləri əsasında bələdiyyə aktlarının ləğv edilməsi nəticəsində qanunsuz icarəyə və mülkiyyətə verilmiş ümumilikdə 937 ha torpaq sahələri bələdiyyələrin mülkiyyətinə qaytarılmışdır.
Onlardan: mülkiyyətə 1.2 ha, icarəyə 935.8 ha
Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə 5 inzibati protokol tərtib edilərək müvafiq məhkəmələrə göndərilib, 4 inzibati protokol barədə məhkəmə tərəfindən qərar çıxarılıb, 1 inzibati protokol isə məhkəmənin icraatındadır. Bu sıraya Ağsu rayonu ərəbmehdibəy bələdiyyəsi, ismayıllı rayonu Topçu bələdiyyəsi, Ucar rayonu Qaradağlı bələdiyyəsi, Kürdəmir rayonu Topalhəsənli bələdiyyəsi və Ağdaş rayonu Gürcuva bələdiyyəsi aiddir.
Bələdiyyələrə metodoloji yardımın göstərilməsi də idarənin diqqətindədir. Bu istiqamət üzrə görülən işlərə diqqət yetirək:
Hesabat dövrü ərzində idarənin yurisdiksiyasına aid rayonların bələdiyyə üzv və qulluqçuları ilə 9 yerli seminar və 1 kurs keçirilib. Keçirillən 9 seminar müşavirədə 663, kursda isə 105 bələdiyyə üzv və qulluqçuları iştirak edib.
Seminarlarda “şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması”, “Arxiv işinin təşkili (Milli Arxiv idarəsinin yerli qurumları ilə birgə)”, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Qanundan irəli gələn vəzifələr, “Torpaq qanunvericiliyinin pozulması hallarına qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə Cinayət və inzibati Xətalar Məcəllələrinə əlavə olunmuş məsuliyyəti artıran yeni normaların əhəmiyyəti”, “Vətəndaşların müraciətləri haqqında” Qanundan irəli gələn vəzifələr, “insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunvericiliyin təbliği”, “Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili” (“Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası ”), “Yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri” mövzuları daxil edilib.
Hesabat dövrü ərzində bələdiyyələrə müvafiq qanunvericilik aktlarının düzgün tətbiqi və işin daha səmərəli qurulması üçün 351 tövsiyə verilib. Onlardan 344-ü aktlar üzrə, 7-si isə müraciətlər üzrə olub. Tövsiyyələr bələdiyyə iclaslarında müzakirəyə çıxarılaraq müvafiq qərarlar qəbul edilib.
Bələdiyyə qulluqçularının etik davranış qaydaları sahəsində bilik və peşəkarlıq bacarıqlarının artırılması məqsədilə qeyd olunan və digər mövzularda Göyçay regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasına aid olan Göyçay, Ağdaş, Ucar, Zərdab, şamaxı, ismayıllı, Ağsu, Kürdəmir rayonlarının 220 bələdiyyəsinin ümumilikdə 768 üzv və qulluqçularının iştirakı ilə 9 seminar və ədliyyə Akademityasının əməkdaşlarının iştirakı ilə bir kurs təşkil edilib..
“Bələdiyyə qulluqçularının etik davranış qaydaları barədə” əhalinin məlumatlandırılması məqsədilə 09.06.2017-ci il tarixdə Göyçay rayonu şəkər kəndində bələdiyyə üzvləri, bələdiyyə qulluqçuları və kənd sakinlərinin iştirakı ilə “Açıq qapı” günü keçirilib.
Belediyye.info